EvXəbərlərMiqren dərmanları təhlükəli göz xəstəliyinin qarşını alırmış...

Miqren dərmanları təhlükəli göz xəstəliyinin qarşını alırmış…

Published on

spot_img

Miqrenin profilaktikası üçün nəzərdə tutulan yeni nəsil preparatlar görmə qabiliyyətinin geri dönməz itirilməsinə səbəb olan ən geniş yayılmış xəstəliklərdən birinin – qlaucomanın inkişaf riskini azalda bilər.
Publika.az ”Neurology“ jurnalında dərc olunan məqaləyə istinadla xəbər verir ki, Amerika Nevrologiya Akademiyasının tədqiqatçıları belə bir qənaətə gəliblər.
Alimlər miqrendən əziyyət çəkən 73 mindən çox pasiyentin məlumatlarını araşdırıblar. Onlar CGRP inhibitorları qrupuna aid müasir preparatları qəbul edən şəxslərlə daha köhnə profilaktika vasitələrindən istifadə edən pasiyentləri müqayisə ediblər.
CGRP ağrı siqnallarının ötürülməsində və damar tonusunun tənzimlənməsində iştirak edən zülaldır. Onun təsirini bloklayan dərmanlar hazırda ağır miqrenin profilaktikasında əsas üsullardan biri hesab olunur. Tədqiqatda Erenumab, Fremanezumab və Qalkanezumab daxil olmaqla, monoklonal antitellər əsasında hazırlanan preparatlar təhlil edilib.
Müşahidə müddətində qlaucoma CGRP preparatları qəbul edən pasiyentlərin 0,42 faizində, standart terapiya qrupundakı insanların isə 0,61 faizində inkişaf edib. Yaş, hipertoniya və miqren tutmalarının tezliyi nəzərə alındıqdan sonra tədqiqatçılar belə nəticəyə gəliblər ki, CGRP inhibitorlarının qəbulu qlaucoma riskinin təxminən 25 faiz azalması ilə bağlıdır.

Ən qabarıq effekt monoklonal antitellər əsasında hazırlanan preparatlarda müşahidə olunub. Bu süni şəkildə sintez edilmiş zülallar ağrı siqnallarının ötürülməsində və damarların işində iştirak edən CGRP zülalını seçici şəkildə bloklayır. İşin müəllifləri ehtimal edirlər ki, bu cür dərmanlar damarların vəziyyətinə müsbət təsir göstərə və sinir sistemindəki iltihab proseslərini azalda bilər.
Bununla belə, alimlər vurğulayırlar ki, tədqiqat birbaşa qoruyucu effekti sübut etmir, sadəcə statistik əlaqəni aşkar edir. Bununla belə, nəticələr həm miqrenin, həm də qlaucomanın inkişaf mexanizmlərini daha yaxşı anlamağa, gələcəkdə isə görmə xəstəliklərinin profilaktikasına yeni yanaşmalar tapmağa kömək edə bilər.
Hüseyn İbadlı

Latest articles

More like this