Qırğız qarışıq döyüş ustası Medet Jeenaliyev İssık-Kul gölündə boğulan uşaqları xilas etməyə çalışarkən faciəvi şəkildə ölüb.
Publika.az xəbər verir ki, bu barədə İssık-Kul Rayon Polis İdarəsi mediaya məlumat verib.
“Baktuu-Dolonotu kəndindəki çimərlikdə dörd azyaşlı qız olub. Göldə çimərkən yeniyetmələrdən biri boğulmağa başlayıb. Medet Jeenaliyev və dostu dərhal qızın köməyinə tələsiblər. Qız xilas edilib, lakin Jeenaliyevin özü sağ qalmayıb”, – məlumatda deyilir.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, idmançının cəsədi ertəsi gün tapılıb və qohumlarına təhvil verilib.
Yüngül çəki dərəcəsində yarışan Jeenaliyev dörd peşəkar döyüş keçirib. O, bunlardan ikisində qalib gəlib, digər ikisində isə məğlub olub.
Publika.az

