Britaniyalı televiziya aparıcısı və “Arsenal” azarkeşi Pirs Morqan Britaniya Baş naziri Endi Bernemin ” Mançester Siti” işi ilə bağlı mövqeyinə cavab verib.
BEY.AZ xəbər verir ki, Bernem “Mançester Siti”nin maliyyə pozuntularına görə titullarından məhrum edilib-edilməməsi ilə bağlı suala belə cavab vermişdi:
“Komissiyanın hesabatını oxumalıyıq. Tələsik nəticə çıxarmamalıyıq”.
Daha sonra o, “Siti” sahiblərinin getməsini istəmədiyini açıq şəkildə bildirdi: “Mən onlara təkcə “Etihad” stadionuna deyil, həm də Mançesterin özünə yatırdıqları vəsaitə görə minnətdaram”.
“Cinayətlər artıq sübut olunub! Klub bütün 115 maddə üzrə günahkar bilinib. Baş nazir Endi Bernem niyə bu fırıldaqçıları qoruyursunuz?” – Morqan sosial mediada yazıb.
