Moskvaya yaxınlaşarkən 28 pilotsuz uçuş aparatı vurulub.
BEY.AZ xəbər verir ki, bu barədə paytaxt meri Sergey Sobyanin “Maks” kanalında məlumat verib.
“Fövqəladə xidmətlərin mütəxəssisləri qalıqların düşdüyü ərazidə işləyirlər”, – deyə o yazıb.
Sobyanin yarım saat ərzində PUA hücumları barədə dörd məlumat yayımlayıb. Əvvəlcə paytaxta yaxınlaşarkən yeddi pilotsuz aparat vurulub, sonra daha beşi, daha sonra isə iki dəfə səkkiz PUA vurulub. Beləliklə, ümumilikdə 28 PUA vurulub.
Hüseyn İbadlı
