EvXəbərlərMühüm məmurların şəxsi məlumatları internetə sızdırıldı

Mühüm məmurların şəxsi məlumatları internetə sızdırıldı

Published on

spot_img

Britaniyanın üç hava limanının operator bazasına girə bilən hakerlər siyasətçilərin, hakimlərin, məşhurların, müdafiə sənayesi işçilərinin və hərbçilərin şəxsi məlumatlarını “darknet”də dərc ediblər.
BEY.AZ xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Nəşrin məlumatına görə, hakerlər həmçinin Britaniya Daxili İşlər Nazirliyinin bir işçisinin planlaşdırılan uçuş və ya yerdəyişmə planları haqqında məxfi məlumatları da dərc ediblər: “Bundan əlavə, parlament işçilərinin, Daxili İşlər Nazirliyinin, İngiltərə Bankının işçilərinin və hərbçilərin səyahət qeydləri ictimaiyyətə açıqlanıb”.
Xatırladaq ki, bir neçə gün öncə də oxşar hadisə baş vermişdi. Avqustun sonlarında “The Guardian” qəzeti Mançester və Şərqi Midlends hava limanlarının, eləcə də Londonun Stansted hava limanının kiberhücuma məruz qaldığını yazmışdı. Həmin vaxt hakerlər təxminən 8,7 milyon müştərinin məlumatlarını ələ keçirə bilmişdi.

Müəllif: Tural

Latest articles

More like this