EvXəbərlərMurad Fətiyev Sindao Qran-Prisinin bürünc medalını qazandı

Murad Fətiyev Sindao Qran-Prisinin bürünc medalını qazandı

Published on

spot_img

Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirində Azərbaycan millisinin üzvü Murad Fətiyev bürünc medal qazanıb.
BEY.AZ xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən cüdoçu üçüncü yer uğrunda görüşdə Qırğızıstan təmsilçisi Erjan Kanatbekovu məğlub edib.
Bununla da Azərbaycan yığması turniri 1 qızıl və 3 bürünc medalla başa vurub. Daha əvvəl Zelim Tçkayev (81 kq) qızıl, Əhməd Yusifov (60 kq) və Hidayət Heydərov (73 kq) isə bürünc medal əldə etmişdilər.

57 ölkənin təmsil olunduğu yarışda Azərbaycan millisi ümumi komanda hesabında dördüncü, kişilər arasında isə üçüncü yeri tutub.

Latest articles

Bu ərazilərdə qaz kəsiləcək

Bu ərazilərdə qaz kəsiləcək

İsrail “erməni soyqırımı”nı rəsmi şəkildə tanıdı

İsrail “erməni soyqırımı”nı rəsmi şəkildə tanıdı

More like this