EvXəbərlərNazir alyansı “50 illik nikah”a bənzətdi

Nazir alyansı “50 illik nikah”a bənzətdi

Published on

spot_img

Estoniyanın müdafiə naziri Hanno Pevkur NATO daxilindəki mövcud fikir ayrılıqlarını maraqlı formada şərh edib. Nazir alyansın hazırkı vəziyyətini 50 il birlikdə yaşayan və qızıl toylarını qeyd edən cütlüyün münasibətləri ilə müqayisə edib.
Publika.az xəbər verir ki, o, bu barədə ABŞ prezidenti Donald Trampın təşkilatdan çıxmaq hədələri fonunda yaranmış böhranı şərh edərkən “Reuters” agentliyinə bildirib.
“O, NATO-nun hazırkı problemlərini uzunmüddətli nikahla müqayisə edib”, – deyə agentliyin xəbərində qeyd olunub.
Pevkur vurğulayıb ki, hətta yarıməsrlik birgə həyat belə problemsiz ola bilməz: “Hər bir nikahda fikir ayrılıqları və çətinliklər yaşanır və onları həll etmək lazımdır”.
Estoniyalı nazir, həmçinin Avropanın müstəqil hərbi əməliyyatlara hələ ki hazır olmadığını da etiraf edib.

Müəllif: Adəm

Latest articles

More like this