EvXəbərlər“Neftçi” ilə oyun Medina üçün necə əlamətdar oldu?

“Neftçi” ilə oyun Medina üçün necə əlamətdar oldu?

Published on

spot_img

Kevin Medina “Qarabağ”ın heyətində 200-cü oyununu keçirib.
Publika.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Kolumbiyalı müdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının 29-ci turunun “Neftçi” ilə görüşünə (5:1) təsadüf edib. O, 200 matçda 6 qola imza atıb.
Bu görüş Kevinin çempionatda 117-ci (3 qol) oyunu olub. O, avrokuboklarda 69 (3 qol), ölkə kubokunda 14 dəfə meydana çıxıb.

Qeyd edək ki, cənubi amerikalı 2020-ci ilin yayından “Qarabağ”da forma geyinir.

Heybət

Latest articles

More like this