Xəbər verdiyimiz kimi Nepalda tarixin ən böyük daşqınlarından biri ba verib. Yüzlərlə ölü, bir neçə min itkin var.
BEY.AZ “India Today”a istinadən xəbər verir ki, fəlakət bölgəsindən xoş xəbərlərdə gəlir. Belə ki, Nepalda baş verən güclü daşqından bir neçə gün keçməsinə baxmayaraq, altı yaşlı qız dağıntılar altından sağ çıxarılıb.
Balaca qız üç gün dağıntılar altında və palçıq selində sağ qala bilib. O, xəstəxanaya aparılıb.
Qeyd edək ki, Milli Fəlakət Risklərinin Azaldılması İdarəsinin son məlumatına görə, Nepalda baş verən daşqınlarda 734 nəfər ölüb. 2498 nəfər itkin düşüb.
Müəllif: Tural
