Güney azərbaycanlı siyasi məhbus və Nobel sülh mükafatı laureatı Nərgiz Məhəmmədi müalicə üçün həbs cəzasının icrasının dayandırılması barədə qərar verildikdən sonra Tehrandakı Pars xəstəxanasında yerləşdirilib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Nərgiz Fondu məlumat yayıb.
Fond bu köçürmənin yüksək təhlükəsizlik tədbirləri altında həyata keçirildiyini açıqlayıb.
Nərgiz Məhəmmədinin böyük girov müqabilində müvəqqəti azadlığa buraxıldığı bildirilib.

