EvXəbərlərNevadada gizli nüvə sınağı simulyasiya edildi

Nevadada gizli nüvə sınağı simulyasiya edildi

Published on

spot_img

ABŞ-ın Nevada səhrasındakı poliqonunda gizli nüvə sınaqlarının aşkarlanması üsullarını sınaqdan keçirmək məqsədilə yeraltı partlayış həyata keçirilib.
BEY.AZ xəbər verirki, bu barədə ABŞ Energetika Nazirliyinin nəzdində fəaliyyət göstərən Milli Nüvə Təhlükəsizliyi Administrasiyası rəhbərinin müavini Metyu Napoli məlumat verib.
Alimin sözlərinə görə, partlayıcı qurğu təxminən 300 metr dərinlikdə partladılıb. Beləliklə, mütəxəssislər ABŞ-ın sistemlərini dünyada gizli nüvə sınaqlarını dəqiq müəyyənləşdirməyə uyğunlaşdırmaq üçün seysmik dalğanın zəiflədilməsi üsulunu imitasiya ediblər.
Bundan əvvəl ABŞ-ın müharibə naziri Pit Heqset Nümayəndələr Palatasının müvafiq komitəsində keçirilən dinləmələrdə Pentaqonun ölkənin nüvə triadasını modernləşdirmək məqsədilə nüvə silahlarının, eləcə də nüvə başlıqları daşıyan döyüş sursatlarının çatdırılma sistemlərinin sınaqlarını keçirməyi planlaşdırdığını bəyan etmişdi.

Onun rəhbərlik etdiyi qurum 2027-ci ildə ABŞ-ın nüvə kompleksinin maliyyələşdirilməsi üçün büdcənin artırılmasını xahiş edib. Müvafiq sənəddə qeyd olunurdu ki, bu tədbir Vaşinqtona strateji rəqiblərin qarşısını almağa və ölkənin milli maraqlarını qorumağa bundan sonra da zəmanət verməyə imkan yaradacaq.

Hüseyn İbadlı

Latest articles

More like this