EvXəbərlərNövbəti hakim qalmaqalı: Tanınmış futbolçu ədalət istəyirdi, meydandan qovuldu

Növbəti hakim qalmaqalı: Tanınmış futbolçu ədalət istəyirdi, meydandan qovuldu

Published on

spot_img

“Əl-Şabab”ın cinah oyunçusu Yannik Ferreyra-Karrasko Körfəz Klublar Çempionları Kubokunun finalında hakimlə mübahisədən sonra qırmızı vərəqə alıb.
Publika.az xəbər verir ki, “Atletiko Madrid”in sabiq futbolçusu rəqibin yüksək qaldırılmış ayaqla etdiyi müdaxilədən ağrılı zərbə alıb. Hakim epizodda qaydanı pozma halını görməzdən gəlib və VAR-a baxmaq istəməyib. Bu qərar belçikalı futbolçunu əsəbiləşdirib. O, referiyə sarkastik şəkildə əl çalmağa başlayıb. Bundan sonra hakim ona ikinci sarı vərəqə göstərərək meydandan qovub.
Karrasko daha sonra sakitləşməyib, kapitan sarğısını çıxarıb atıb və ayağındakı zərbənin izini kameraya göstərib. Kapitansız qalan “Əl-Şabab” “Əl-Rayyan”a 0:3 hesabı ilə məğlub olub.
Xatırladaq ki, Yannik Ferreira-Karrasko 2015–2018-ci illərdə “Atletiko Madrid”də çıxış edib, 2020-ci ildə isə yenidən komandaya qayıdıb. 32 yaşlı belçikalı futbolçu 2015/16 Çempionlar Liqasının finalında “Real”a qarşı oyunda (1:1) qol vurmuşdu, lakin “matrasçılar” penaltilərdə məğlub olmuşdular.


Lo de Yannick Carrasco aplaudiendo en la cara del árbitro el no haber expulsado a un jugador que le acaba de hacer una entrada y acabando expulsado y tirando el brazalete del Al Shabab.pic.twitter.com/1xMsKg7JYu

— GRADA B pro (@GradaBpro) April 23, 2026

                                                https://platform.twitter.com/widgets.js

Latest articles

More like this