EvXəbərlərNuri Şahin Rusiyada işləyəcək?

Nuri Şahin Rusiyada işləyəcək?

Published on

spot_img

“Borussiya Dortmund”un sabiq baş məşqçisi Nuri Şahin hazırda Rusiya çempionatında işləmək imkanlarını nəzərdən keçirmir.
Publika.az xəbər verir ki, ötən ilin noyabr ayında Şahinin Moskva “Dinamo”suna rəhbərlik etməkdən imtina etdiyi bildirilmişdi.
“Nə Moskva “Dinamo”su, nə də başqa bir Rusiya klubu Nuri Şahinə iş üçün müraciət etməyib.

Hazırda məşqçilik karyerasını Rusiya Premyer Liqasında davam etdirməyi düşünmür. Nuri bütün diqqətini “İstanbul Başakşehir”dəki işinə yönəldib, klubdakı mövqeyindən məmnundur və Avropa yarışlarına vəsiqə qazanmaq üçün komanda ilə işləyir”, – Şahini təmsil edən agentlik “ISM Int. Soccer” “Sport24”ün müxbiri Vladislav Şapiroya bildirib.

Latest articles

More like this