EvXəbərlər"O, bığını qırxmalıdır!" - Vaqner Lav

“O, bığını qırxmalıdır!” – Vaqner Lav

Published on

spot_img

CSKA-nın keçmiş oyunçusu Vaqner Lav ordu klubunun keçmiş məşqçisi Valeri Qazzayevin verdiyi vədi xatırladıb.
BEY.AZ xəbər verir ki, 2005-ci ildə Qazzav CSKA UEFA Kubokunu qazanacağı təqdirdə bığlarını qırxacağını demişdi.
Moskva komandası finalda Portuqaliya “Sportinq”ini 3:1 hesabı ilə məğlub etdi.
“Qazzayev bu gün də bizə borcludur. Bığlarını qırxmalıdır. Görək, bəlkə sabah onu razı sala bilərik?” – “Sport24”-ün müxbiri Aleksandr Muyjnek Vaqnerin sözlərini sitat gətirib.

26 sentyabrda Moskvadakı VEB Arena stadionunda braziliyalı hücumçunun şərəfinə vida matçı keçiriləcək və CSKA Əfsanələri “Vaqnerin dostları ” komandası ilə qarşılaşacaq.

Latest articles

More like this