Cənubi Afrika Respublikası millisi 2026-cı il dünya çempionatında pley-off uğrunda mübarizəni davam etdirir.
BEY.AZ xəbər verir ki, Çexiya ilə dramatik qarşılaşmadan sonra isə komandanı uzun müddət yadda qalacaq sürpriz gözləyib.
Afrika təmsilçisi 83-cü dəqiqədə Mokunanın penaltidən vurduğu qol sayəsində məğlubiyyətdən xilas olaraq 1:1 hesablı heç-heçəyə nail olub. Bu nəticə Cənubi Koreya ilə həlledici oyundan əvvəl komandanın qrupdan çıxmaq şanslarını qoruyub saxlayıb.
CAR millisinin amerikalı zərgərlik brendi ilə əməkdaşlığı çərçivəsində komandanın 26 futbolçusuna, eləcə də məşqçilər korpusunun üzvlərinə dəbdəbəli hədiyyələr təqdim edilib.
Nümayəndə heyətinin hər bir üzvü brendin kolleksiyasından istədiyi zinət əşyasını seçmək imkanı qazanıb. Təklif olunan hədiyyələr arasında bahalı saatlar, iri qızıl zəncirlər və brilyantlarla bəzədilmiş digər zinət əşyaları yer alıb. Hər bir hədiyyənin dəyərinin 50 min dollardan çox olduğu bildirilir.
Sosial şəbəkələrdə sürətlə yayılan videoda futbolçuların böyük həvəslə zinət əşyalarını sınaqdan keçirdiyi, müxtəlif variantlara baxdıqdan sonra seçim etdiyi görünür.
BEY.AZ
