İspaniyada keçirilən “San Marcos” öküz döyüşü festivalında toreador Santiaqo Barrero San Roman öküz tərəfindən öldürülüb.
Publika.az xəbər verir ki, bu barədə “El Pais” məlumat yayıb.
Heyvan 33 yaşlı San Romanı küncə sıxaraq buynuzları ilə ona bir neçə dəfə zərbə endirib. Buynuz toreadorun qasıq nahiyəsinə, qarnına və sinəsinə dəyib.
Kişi tibb mərkəzinə aparılıb, lakin xəsarətləri o qədər ağır olub ki, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Müəllif: Tural

