EvXəbərlərÖlkə genişmiqyaslı iqtisadi müharibə vəziyyətindədir

Ölkə genişmiqyaslı iqtisadi müharibə vəziyyətindədir

Published on

spot_img

“İran genişmiqyaslı iqtisadi müharibə vəziyyətindədir, burada rəqib ölkə əhalisinə təzyiq göstərmək üçün bütün imkanlardan istifadə edir”.
BEY.AZ “Mehr”ə istinadla xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bəyan edib.
“Biz bu cəbhədə də düşmənə qalib gələcəyik”, – deyə cümə axşamı Hökumət həftəsi münasibətilə Qalibaf vurğulayıb.
Onun sözlərinə görə, müharibənin iqtisadiyyata təsirinə baxmayaraq, icra hakimiyyəti orqanları ölkənin idarə olunmasını təmin etmək və mövcud zəiflikləri aradan qaldırmaq istiqamətində addımlar atırlar.
Parlament sədri qeyd edib ki, yaranmış vəziyyətdə keçmiş İranın ali rəhbəri Əli Xameneinin birlik, milli həmrəylik və dövlət xadimlərinə etimad göstərilməsi ilə bağlı tövsiyələri xüsusi əhəmiyyət kəsb edir.

Qalibaf hökuməti əhalinin yaşam səviyyəsinin, vətəndaşların alıcılıq qabiliyyətinin artırılmasına, gənclərin məşğulluğunun və iqtisadi təhlükəsizliyin təmin olunmasına diqqət yetirməyə çağırıb.
O, həmçinin ictimaiyyətin, özəl sektorun və bütün dövlət qurumlarının dəstəyi ilə hökumətin iqtisadi təzyiqlərə müqavimət göstərə biləcəyinə əminliyini ifadə edib. Qalibafın qənaətincə, yaxın gələcəkdə İran iqtisadi sahədə “düşmənin psixoloji əməliyyatlarının” tam uğursuzluğunun şahidi olacaq.
Hüseyn İbadlı

Latest articles

More like this