EvXəbərlərölkə kəşfiyyatının rəhbəri və həyat yoldaşı həlak oldu

ölkə kəşfiyyatının rəhbəri və həyat yoldaşı həlak oldu

Published on

spot_img

Keniyada qəzaya uğrayan helikopterdə Ekvador Milli Kəşfiyyat Mərkəzinin rəhbəri Mikel Sensi-Kontuqi və onun həyat yoldaşı Stefani Hollihanın olduğu təsdiqlənib.
BEY.AZ xəbər verir ki, bu barədə Ekvador hökumətindəki mənbələrə istinadən “Ecuavisa” telekanalı məılumat yayıb.
Daha sonra prezident administrasiyası da məlumatı təsdiqləyib.
Sensi-Kontuqi Ekvador Prezidenti Daniel Noboa ilə yaxın dostdur və 2024-cü ildən Kəşfiyyat Mərkəzinə rəhbərlik edir. Onun həyat yoldaşı Stefani Hollihan dizayner və sahibkardır.

Keniya Mülki Aviasiya İdarəsinin məlumatına görə, “Eurocopter EC130 B4” tipli helikopter avqustun 19-da səhər Loisaba qoruğundan havaya qalxıb və Ololokve dağı ərazisində qəzaya uğrayıb. Helikopterdə altı turist və pilot olmaqla ümumilikdə yeddi nəfər olub. Onların heç biri sağ qalmayıb.

Latest articles

More like this