EvXəbərlərOveçkin Moskvada qaydaları pozaraq gəzib

Oveçkin Moskvada qaydaları pozaraq gəzib

Published on

spot_img

“Vaşinqton Kapitals” komandasının kapitanı Aleksandr Oveçkin bu yay Moskvada keçirdiyi dörd ay ərzində yol hərəkəti qaydalarını pozduğuna görə ümumilikdə 33 cəriməyə görə 82.000 rubl məbləğində cərimələnib.
BEY.AZ xəbər verir ki, bu barədə “Mash na Sport” məlumat yayıb.
Bütün yol hərəkəti qaydalarının pozulması onun 008 nömrəli “Aurus Arsenal” mikroavtobusunda qeyd olunub. Oveçkin NHL-də 8 nömrəli forma geyinir .
Sürət həddinin aşılması, pullu yolda avtomobil idarə etmə, parklanma haqqını ödəməmə, icazəsiz yerlərdə dayanma və parklanmaya görə cərimələr tətbiq edilib.

40 yaşlı Oveçkin 4500 rubl olan bir cərimə istisna olmaqla, bütün cərimələri ödəyib.

Latest articles

More like this