EvXəbərlərPartlayışlar bu ölkənin paytaxtını LƏRZƏYƏ SALDI

Partlayışlar bu ölkənin paytaxtını LƏRZƏYƏ SALDI

Published on

spot_img

Yəmənin paytaxtı Səna şəhərində, şəhərətrafı ərazilərə endirilən hava zərbələri nəticəsində partlayışlar baş verib.
BEY.AZ xəbər verir ki, bu barədə “RİA Novosti”yə yerli hakimiyyət orqanlarındakı mənbə məlumat verib.
“Partlayışlar paytaxt Sənanı lərzəyə salıb, güman ki, bu, ətraf ərazilərə edilən hava zərbələrinin nəticəsidir”, – agentliyin həmsöhbəti bildirib.
Qeyd edilib ki, Sənadakı partlayışlar şiə “Ənsar Allah” hərəkatının (husilərin) lideri Əbdəl Malik əl-Husinin həftəlik çıxışı ilə üst-üstə düşüb. Husilərin lideri Səudiyyə Ərəbistanına hücum edəcəklərini bəyan edib, çünki bu, Şimali Yəmənin ətrafında quraşdırılmış blokadanı yarıb keçmək üçün məcburi tədbirdir. Hazırda husilər Sənaya nəzarət edirlər.

İyulun 29-da Yəmən husiləri Səudiyyə Ərəbistanına məxsus kəşfiyyat tipli pilotsuz uçuş aparatını vurublar.

Hüseyn İbadlı

Latest articles

More like this