EvXəbərlərPaşinyan Azərbaycanla sərhəddə qışqırıb bu sözləri dedi

Paşinyan Azərbaycanla sərhəddə qışqırıb bu sözləri dedi

Published on

spot_img

Tavuşda Azərbaycanla sərhəddə yerləşən kəndlərin – Kirants, Əskipara, Bağanis, Voskevan, Koti – sakinlərinin əksəriyyəti 7 iyun seçkilərində hakim Vətəndaş Müqaviləsi Partiyasına səs verib.
BEY.AZ Globalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni ekspert Voskan Sərkisyan deyib.
O bildirib ki, 19-20 iyun tarixlərində Tavuşa yağan güclü dolu üzüm bağlarını, tərəvəz sahələrini, taxıl tarlalarını, evlərin damlarını, tövlələri, anbarları, çoxlu sayda avtomobili məhv edib:
“Kəndlilər məhsulsuz qalıblar. Paşinyan və vəzifəli məmurlar yüksək maaşlarla yanaşı, dövlət büdcəsindən milyonlarla dram dəyərində bonuslar alırlar. O, seçkiqabağı kampaniya zamanı sərhəddə seçicilərə müraciət edərək “Sizi çox sevirəm” deyə qışqırıb. İndi Paşinyan doludan ciddi ziyan çəkən kəndlilərə milyardlarla dram kompensasiya və ya dövlət dəstəyi verməklə ən azı ona səs verənləri sevdiyini sübut edə bilər”.

Keçmiş deputat Naira Zöhrabyan da Paşinyanın Azərbaycanla sərhəd ərazilərdə çox səs almasına diqqət çəkib:

“Nikolun Sünikdə (Zəngəzurda – red.) nə qədər çox səs aldığını gördünüzmü?! Hansı ki, həmin sakinlər potensial münaqişə zonasına yer alırdılar”.

Latest articles

More like this

Ermənistana Azərbaycan vasitəsilə gübrə göndəriləcək

Ermənistana Azərbaycan vasitəsilə gübrə göndəriləcək

Üç gün yağış yağacaq

Üç gün yağış yağacaq