EvXəbərlər"Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi qəbul edib"

“Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi qəbul edib”

Published on

spot_img

BEY.AZ informasiya agentliyi xəbər verir



Ermənistan Baş naziri Nikol Paşinyan mayın 22-də Kişinyovda keçirilən dördtərəfli görüşdən sonra Qarabağı birmənalı olaraq Azərbaycanın suveren ərazisi kimi tanıdığını açıqlayıb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell Avropa Parlamentində (AP) Azərbaycan-Ermənistan əlaqələri ilə bağlı keçirilən dinləmədə deyib.

“Hər iki tərəf konkret şərtlərlə ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyıb və Ermənistan ilk dəfə olaraq Qarabağı Azərbaycan ərazisi kimi daxil edib. Lakin yekun nəticə nə olacaq, mən deyə bilmərəm”, – diplomat vurğulayıb.

Borrell əlavə edib ki, Ermənistan Baş naziri dördtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında Qarabağın Azərbaycanın suveren ərazisi kimi tanıdığını birmənalı şəkildə ifadə edib və o, bu mənada bu cür açıqlama verən ilk Ermənistan lideridir.





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Paşinyan #Qarabağı #Azərbaycan #ərazisi #kimi #qəbul #edib

Latest articles

More like this