Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə mümkün qarşıdurma ehtimalını qəti şəkildə istisna edib.
Publika.az xəbər verir ki, Paşinyan Ermənistanın Rusiya ilə konfliktə girməsinin ölçü və imkanlar baxımından mümkün olmadığını bildirib.
“Biz Rusiya ilə qarşıdurmaya getməyəcəyik. Birincisi, bu bizim miqyasımız deyil. Biz sadə, kiçik bir dövlətik. Bu nə bizim məqsədimizdir, nə də prioritetimiz. Digər tərəfdən isə biz Avrasiya İqtisadi İttifaqının tamhüquqlu üzvüyük”, – deyə Ermənistan baş naziri vurğulayıb.
O, eyni zamanda daxili siyasi rəqiblərini də hədəf alaraq, onları Ermənistan-Rusiya münasibətlərini pozmağa yönəlmiş “ucuz təxribatlar” təşkil etməkdə ittiham edib.
Müəllif: Adəm

