Pentaqon hərbi şirkətlərdən silah və döyüş sursatlarının istehsalını və Amerika qoşunlarına tədarükünü sürətləndirməyi tələb edib.
BEY.AZ xəbər verir ki, bu barədə “Washington Post” qəzeti məlumat yayıb.
“Pentaqon Amerika müdafiə sənayesindən silah istehsalını və tədarükünü sürətlə artırmağı xahiş edir; İranla münaqişə səbəbindən silahlarda kəskin çatışmazlıq yaranıb”, – deyə nəşr bildirib.
Mənbənin məlumatına görə, Pentaqon rəhbərinin müavini Stiven Faynberq hərbi podratçılara silah tədarükü templərini artırmaqla bağlı plan təqdim etmək üçün 21 gün vaxt verib.
“The New York Times” qəzetinin yazdığına görə, ABŞ-ın İrandakı əməliyyatı Amerikanın silah ehtiyatlarını tükədib və hazırda ABŞ-da 1,7 mindən az “Patriot” önləyici zenit raketləri qalıb.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp ölkədə döyüş sursatı çatışmazlığı ilə bağlı şayiələri təkzib edib və bu informasiya sızmasının mənbəyi olan şəxsləri cəzalandıracağına söz verib.
Hüseyn İbadlı
