ABŞ-da Pentaqon binasının yaxınlığında iki avtobus toqquşub, hadisə nəticəsində azı 23 nəfər xəsarət alıb.
Publika.az “Fox News”a istinadən xəbər verir ki, xəsarət alanlardan 10-u Amerika müdafiə idarəsinin əməkdaşıdır.
18 nəfər xəstəxanaya yerləşdirilib, 5 yaralıya isə hadisə yerində tibbi yardım göstərilib.
Pentaqonu hadisə faktını təsdiqləyib və idarənin yaxınlığında yerləşən nəqliyyat qovşağının, eləcə də metro stansiyasının tamamilə bağlandığını elan edib.
