EvXəbərlərPezeşkian istefa verib? - Tehrandan ard-arda açıqlamalar

Pezeşkian istefa verib? – Tehrandan ard-arda açıqlamalar

Published on

spot_img

İran Prezidenti Məsud Pezeşkianın Ali Rəhbər Müctəba Xameneyiyə istefa məktubu göndərməsi barədə yayılan məlumatlar yalandır.
BEY.AZ xəbər verir ki, bu barədə İran Prezident Administrasiyasının Kommunikasiya şöbəsi rəhbərinin müavini Mehdi Təbatəbayi “X” sosial şəbəkəsində məlumat verib.
Bundan əvvəl Böyük Britaniyada fəaliyyət göstərən İranın müxalif “Iran International” telekanalı mənbələrə istinadla Pezeşkianın istefa verdiyini iddia etmişdi. İddiaya görə, Pezeşkian ölkə idarəçiliyinin rəsmi institutların nəzarətindən kənara çıxdığı barədə xəbərdarlıq edib.
Mehdi Təbatəbayi bu şayiələrə cavab olaraq bildirib ki, “utancverici xarici şəbəkənin yaydığı şayiələr əvvəlki cəfəng media oyunlarının davamıdır”. O, onların reallığı deyil, sadəcə öz arzularını dərc etdiklərini vurğulayaraq, Prezidentin xalqa xidmətdən geri çəkilməyəcəyini qeyd edib.
İran hökuməti yanında İnformasiya Siyasəti Şurasının sədri İlyas Həzrəti də istefa xəbərlərini təkzib edib.

Qeyd edək ki, Məsud Pezeşkian daha əvvəl İranın ABŞ-la dialoq aparmasının Tehranın təslim olması mənasına gəlmədiyini bildirmiş və ölkənin qanuni hüquqlarından geri çəkilməyəcəyini vurğulamışdı. ABŞ Prezidenti Donald Tramp isə İranın Vaşinqtonla sülh sazişi bağlamaqda çox maraqlı olduğunu iddia edərək, eyni zamanda Amerika ordusuna İslam Respublikasına qarşı genişmiqyaslı hücuma hazır olmağı tapşırdığını bildirmişdi.
Hüseyn İbadlı

Latest articles

More like this