EvXəbərlərPişiyin hücumuna məruz qalan 4 yaşlı qız süni nəfəs aparatına qoşuldu

Pişiyin hücumuna məruz qalan 4 yaşlı qız süni nəfəs aparatına qoşuldu

Published on

spot_img

Türkiyənin Diyarbəkir şəhərində sahibsiz pişiyin hücumuna məruz qalan 4 yaşlı qız süni tənəffüs aparatına qoşulub.
BEY.AZ “Habertürk”ə istinadən xəbər verir ki, ailə uşağın bu vəziyyətə gəlməsində həkim səhlənkarlığının rol oynadığını bildirir.
Belə ki, hadisə təxminən dörd ay əvvəl Sur rayonunda baş verib. Sahibsiz pişik qızı dişləyib. Uşaq xəstəxanaya aparılıb. Lakin müayinədən sonra ailə evə göndərilib.
Hazırda isə uşağın səhhəti kəskin pisləşib. O, Dağkapı Uşaq Xəstəxanasına çatdırılıb və vəziyyətinin ağırlığı səbəbindən süni tənəffüs aparatına qoşulub. Aparılan analizlər nəticəsində qızda quduzluq virusu aşkarlanıb.
Diaqnoz təsdiqləndikdən sonra yerli hakimiyyət orqanları təcili tədbirlərə başlayıb. Uşaqla təmasda olan şəxslər müəyyənləşdirilir və onlara profilaktik vaksinlər vurulur.

Baytarlıq xidmətləri də ərazidə sahibsiz heyvanların tutulması və peyvəndlənməsi ilə bağlı tədbirlər həyata keçirir.
Sakinlərə heyvan dişlədikdə və ya dərini cızdıqda dərhal həkimə müraciət etmək tövsiyə olunub. Həkimlər bildirirlər ki, vaxtında vurulan peyvənd quduzluğun inkişafının qarşısını ala bilər.
Mütəxəssislər həmçinin xəbərdarlıq ediblər ki, sahibsiz heyvanların törətdiyi hətta kiçik xəsarətlər belə yoluxma riski yarada bilər. Bu səbəbdən xüsusilə azyaşlı uşaqların tanımadıqları heyvanlarla təmasından çəkinmək tövsiyə olunur.

Latest articles

More like this