EvXəbərlərPiylənmə üçün mükəmməl vasitə kəşf edildi

Piylənmə üçün mükəmməl vasitə kəşf edildi

Published on

spot_img

Jenşen və soya paxlasından hazırlanan fermentləşdirilmiş məhsul çəki artımını azalda və yağ mübadiləsini yaxşılaşdıra bilər.
BEY.AZ xəbər verir ki, bu qənaətə Çinin Ənənəvi Çin Təbabəti üzrə Heyluntszyan Akademiyasının alimləri gəliblər. Tədqiqatın nəticələri “Frontiers in Nutrition” jurnalında dərc olunub.
Mütəxəssislər jenşen və soya paxlasının Bacillus subtilis bakteriyalarının köməyi ilə fermentasiyası nəticəsində əldə edilən Ginseng-Douchi məhsulunu araşdırıblar. Onun təsiri yüksək yağ tərkibli qida ilə bəslənən siçanlar üzərində yoxlanılıb.
Səkkiz həftə ərzində heyvanlara məhsulun müxtəlif dozaları verilib. Məlum olub ki, yüksək dozada məhsul qəbul edən siçanların orta bədən çəkisi 35,74 qram təşkil edib. Məhsul verilməyən, piylənmədən əziyyət çəkən siçanlar qrupunda isə bu göstərici 44,14 qram olub. Bundan əlavə, heyvanlarda daxili orqanların ətrafında toplanan yağın miqdarı azalıb.
Siçanlarda ümumi xolesterinin, “pis” xolesterinin, triqliseridlərin və iltihab göstəricilərinin səviyyəsi də aşağı düşüb. Eyni zamanda, qaraciyərdə yağ yığılması azalıb və bağırsaq baryerinin vəziyyəti yaxşılaşıb.

Əlavə təhlillər göstərib ki, məhsul bağırsaq mikroflorasının tərkibini dəyişdirərək faydalı bifidobakteriyaların sayını artırıb. Bundan başqa, qəhvəyi piy toxumasında istilik hasil etmək üçün enerjinin sərf olunmasında iştirak edən UCP1 zülalının səviyyəsi bərpa olunub.
Müəlliflərin fikrincə, jenşen və soya əsasında hazırlanan fermentləşdirilmiş məhsullar piylənmə ilə mübarizədə perspektivli vasitəyə çevrilə bilər.
Hüseyn İbadlı

Latest articles

More like this