CHP-nin yeni sədri Kamal Kılıçdaroğlunun vəkili Cəlal Çelik məhkəmə qərarına baxmayaraq, CHP-nin qərargahının boşaldılmadığını bildirərək, Ankara Polis İdarəsinə müraciət edib.
Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, müraciətdə partiyanın qərargahının boşaldılması tələb edilib.
Hazırda polis qüvvələri binaya girməyə çalışır.
Qeyd edək ki, Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələri ləğv edilib, Kamal Kılıçdaroğlu yenidən sədr vəzifəsinə qaytarılıb.
