EvXəbərlərPolşada güclü partlayış: Naməlum obyektin qalıqları tapıldı

Polşada güclü partlayış: Naməlum obyektin qalıqları tapıldı

Published on

spot_img

Polşanın Lyublin voyevodalığında güclü partlayış baş verib.
BEY.AZ xəbər verir ki, hadisə Bilqoray rayonunda Tarnava-Koloniya və Biskupitse yaşayış məntəqələri arasında qeydə alınıb.
Polisin məlumatına görə, hadisə yerində mənşəyi hələ müəyyən edilməyən obyektin qalıqları aşkarlanıb. Qalıqlar yaşayış məntəqələrindən təxminən iki kilometr aralıda tapılıb.
Hadisənin səbəblərini araşdırmaq üçün əraziyə antiterror bölmələri göndərilib. Hazırda partlayışın səbəbi və naməlum obyektin hansı məqsədlə əraziyə düşdüyü araşdırılır.

Adəm

Latest articles

More like this