EvXəbərlər"Procter & Gamble" şirkətinin keçmiş top-meneceri ev dustaqlığına buraxıldı

“Procter & Gamble” şirkətinin keçmiş top-meneceri ev dustaqlığına buraxıldı

Published on

spot_img

Moskva məhkəməsi “Procter & Gamble” şirkətinin keçmiş top-meneceri və “Razqulyay” qrupunun keçmiş rəhbəri Viktor Suxinovun ev dustaqlığı ilə bağlı qərar çıxarıb.
BEY.AZ xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb. Nəşr məhkəmə işi ilə tanış olan mənbəsinə istinad edib.
Qeyd edilib ki, Suxinov bir ay müddətinə ev dustaqlığına buraxılıb. O, vəzifə səlahiyyətlərindən istifadə edərək qəsdən iflas yaratmaqda (Rusiya Cinayət Məcəlləsinin 196-cı maddəsinin 2-ci hissəsi) ittiham olunur. Müstəntiqlər onu SİZO-ya (Məhkəməyəqədərki həbs qətimkan tədbiri-red.) göndərilməsi üçün müraciət ediblər. Lakin məhkəmə bu vəsatəti rədd edib.
Müəllif: Tural

Latest articles

More like this