EvXəbərlərPSJ 150 ​​min avro cərimələndi

PSJ 150 ​​min avro cərimələndi

Published on

spot_img

Fransa Peşəkar Futbol Liqası (LFP) Fransa çempionatının birinci turunda “Renn”lə oyunun yerinin dəyişdirilməsinə görə “Pari Sen-Jermen” klubunu 150 min avro məbləğində cərimələyib.
BEY.AZ xəbər verir ki, bu barədə “L’Equipe” nəşri məlumat yayıb.
Qarşılaşma avqustun 23-də “Park de Prens” stadionunda keçirilməli idi, lakin qazon oyunun keçirilməsi üçün yararsız hesab edilib. Nəticədə matç Ren şəhərinə keçirilib və 2:2 hesabı ilə başa çatıb.
Cərimə LFP reqlamentinin klubların meydançanın vəziyyəti və ehtiyat stadionun olması ilə bağlı öhdəliklərini müəyyənləşdirən maddəsinə uyğun olaraq tətbiq edilib. Liqa həmçinin 23-cü turun cavab görüşünün Rendə deyil, Parisdə keçirilməsi barədə qərar qəbul edib.

“Renn” cavab oyununun öz doğma stadionunda keçiriləcəyinə ümid edərək, birinci dövrədə “PSJ”ni qısa müddət ərzində qəbul etməyə razılıq vermişdi. Breton klubu LFP-nin qərarından narazılığını ifadə edib və öz maraqlarını qorumaq üçün Fransanın Milli Olimpiya və İdman Komitəsinə müraciət etməyi nəzərdən keçirir.

Hüseyn İbadlı

Latest articles

More like this