Rusiyada maraqlı hadisə baş verib.
BEY.AZ “AST-54 Black” “Telegram” kanalına istinadən xəbər verir ki, elektrikli skuter sürən bir nəfər Prezident Vladimir Putinin avtomobilinə çatmağa çalışıb. İnsident avqustun 11-də Putinin Novosibirskə işgüzar səfəri zamanı baş verib. Yerli sakin yüksək sürətlə kortejdəki maşınları təqib edərək prezidentin olduğu əsas avtomobilə çatmaq istəyib.
Bu maraqlı hadisə kameraya düşüb. Yayılan görüntülərdə skuterlə hərəkət edən bir kişinin küçədə kortejlə paralel getməsi aşkar görünür. O, surəti artırmaqla maşınları təqib edir və Putinin avtomobili ilə olan məsafəni azaltmağa çalışır.
Naməlum vətəndaşın “təqib” cəhdi sonda uğursuz olub. Skuter kortejdən xeyli geridə qalıb. Hələlik həmin şəxsin prezidenti aparan avtomobili hansı səbəbdən təqib etməsi müəyyənləşməyib.
Müəllif: Tural
