EvXəbərlərPutinin yaxın ətrafına qadağa qoyuldu

Putinin yaxın ətrafına qadağa qoyuldu

Published on

spot_img

Vladimir Putin sui-qəsd təhlükəsi ilə bağlı narahatlıqlar fonunda yaxın ətrafına və işçilərinə sərt təhlükəsizlik məhdudiyyətləri tətbiq edib.
Publika.az xəbər verir ki, bu barədə “The Telegraph” kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, Rusiya prezidenti ilə işləyən şəxslərə mobil telefonlardan istifadə etmək qadağan olunub. Bu addımın məqsədinin məlumat sızmalarının və mümkün təhlükəsizlik risklərinin qarşısını almaq olduğu bildirilir.
Bundan əlavə, iddialara əsasən, Putinlə işləyən əməkdaşlara yalnız Federal Mühafizə Xidməti (FSO) tərəfindən yoxlanılan nəqliyyat vasitələrindən istifadə etməyə icazə verilir.

Bu tədbirlərin dövlət başçısının şəxsi təhlükəsizliyini artırmağa yönəldiyi qeyd olunur. (Globalinfo.az)

Latest articles

PSJ nəhənglərin hədəfində olan ulduzuna qiymət kəsdi

PSJ nəhənglərin hədəfində olan ulduzuna qiymət kəsdi

Nəsrinin toy fotoları

Nəsrinin toy fotoları

More like this