Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycanın Avstriyada, eyni zamanda Sloveniyada fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın BMT-nin Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Digər bir Sərəncamla, o, Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib.
BEY.AZ bildirir ki, daha bir sərəncamla indiyə kimi bu vəzifəni icra edən Qalib Malik oğlu İsrafilov Prezidentin Sərəncamı ilə Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.
