Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Şəfa” oyununun biletləri satışa çıxarılıb.
BEY.AZ xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir və 5-20 manat aralığındadır.
Azarkeşlər biletləri iTicket.az-da onlayn əldə edə bilərlər.
Oyun günü biletlər stadionun kassalarından və ya iTicket.az-da satışda olacaq.
Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç sentyabrın 18-i, saat 19:45-də start götürəcək.
BEY.AZ
