EvXəbərlərQarabağ təcrübəsi beynəlxalq urbanizasiya üçün nümunədir

Qarabağ təcrübəsi beynəlxalq urbanizasiya üçün nümunədir

Published on

spot_img

Azərbaycan üçün WUF13 kimi beynəlxalq platformalar öz inkişaf modelini dünyaya təqdim etmək imkanı yaradır.
Bunu Publika.az-a açıqlamasında deputat Aydın Hüseynov bildirdi.
Onun sözlərinə görə, Ümumdünya Şəhərsalma Forumunda iştirak edən ölkələr urbanizasiya, ağıllı şəhər idarəetməsi və sosial infrastruktur sahəsində bir-birinin təcrübələri ilə tanış olurlar:
“Bu forum inkişaf edən ölkələr üçün mühüm əhəmiyyət daşıyır. Burada yeni tərəfdaşlıqlar yaranır. Beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanları genişlənir. Azərbaycan da bu platformada təcrübəsini təqdim edir.
Son illərdə Qarabağ və Şərqi Zəngəzurda geniş yenidənqurma işləri aparılır. Bu layihələr regionda yeni urban inkişaf yanaşması formalaşdırır. Azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq olunur. Yaşıl enerji layihələri həyata keçirilir. Müasir yollar və rəqəmsal idarəetmə sistemləri qurulur. Bu layihələr bir çox ölkələrin diqqətini cəlb edir. Eyni zamanda onlar yeni yaşayış məkanlarının planlaşdırılması üçün nümunə hesab olunur”.

Depuat qeyd etdi ki, WUF13 kimi platformalarda Azərbaycanın əsas üstünlüyü praktik nümunələr təqdim etməsidir.
“Məsələn, Qarabağdakı yenidənqurma prosesi sosial həyatın və iqtisadi fəaliyyətin formalaşmasına diqqət yetirir. Keçmiş məcburi köçkünlərin geri dönüşü üçün məktəblər, xəstəxanalar və iş yerləri yaradılır. Müasir kommunal sistemlər qurulur. Bu yanaşma göstərir ki, urbanizasiya prosesində insan amili əsas rol oynayır.
Bir çox inkişaf etməkdə olan ölkələr müharibədən və ya təbii fəlakətlərdən sonra şəhərlərin yenidən qurulması problemi ilə qarşılaşır. Azərbaycan Qarabağ təcrübəsi ilə bu sahədə praktik nümunə təqdim edir. Qarabağ layihələri gələcəkdə post-münaqişə urbanizasiya modeli kimi beynəlxalq müzakirələrdə xüsusi yer tuta bilər. Son olaraq, bu forum urban inkişaf siyasətini beynəlxalq səviyyədə tanıtmaq üçün vacib imkan yaradır”.
Müəllif: Roza Şəfiyeva

Latest articles

More like this