EvXəbərlər"Qarabağ"dan Bəhlulun zədəsi ilə bağlı açıqlama

“Qarabağ”dan Bəhlulun zədəsi ilə bağlı açıqlama

Published on

spot_img

“Qarabağ” futbolçusu Bəhlul Mustafazadənin durumu ilə bağlı açıqlama yayıb.
BEY.AZ xəbər verir ki, müdafiəçi müalicəsini və fərdi reabilitasiya proqramını xaricdə davam etdirir.
Aparılan müayinələrin nəticələrinə əsasən, Bəhlula xroniki simfizit – qasıq nahiyəsində xroniki zədə diaqnozu qoyulub. Futbolçunun vəziyyəti mütəmadi nəzarətdə saxlanılır və bərpa prosesi plan üzrə davam edir.
Klubun məlumatına görə, əvvəlki zədə ilə bağlı əməliyyatdan sonrakı bərpa prosesi tam normal gedir. Həmin nahiyədə hər hansı narahatlıq və ya problem qeydə alınmayıb.

Bəhlul Mustafazadənin təxminən 5 həftə ərzində meydanlara qayıdacağı gözlənilir. Onun dəqiq qayıdış vaxtı funksional qiymətləndirmənin nəticələrinə əsasən müəyyən ediləcək.

Latest articles

More like this