EvXəbərlərQaraciyəri fibroz və sirrozdan qoruyan möcüzəvi içki

Qaraciyəri fibroz və sirrozdan qoruyan möcüzəvi içki

Published on

spot_img

Müntəzəm çay istehlakı qaraciyər fibrozunun – orqanın sağlam toxumasının tədricən çapıq toxuması ilə əvəzləndiyi təhlükəli prosesin inkişafını ləngitməyə kömək edə bilər. Çin alimləri bu mövzuda aparılan tədqiqatları təhlil edərək belə bir nəticəyə gəliblər.
BEY.AZ xəbər verir ki, tədqiqatın nəticələri “Frontiers in Nutrition” jurnalında dərc olunub.
Müəlliflər çaya və onun əsas aktiv komponenti olan epiqallokatexin-qallata (EGCG) həsr olunmuş onlarla elmi işi nəzərdən keçiriblər. Mövcud məlumatlara görə, bu maddə iltihabı yatırtmaq, çapıq toxumasının əmələ gəlməsinə cavabdeh olan hüceyrələrin aktivliyini azaltmaq və orqanizmin antioksidant sisteminin fəaliyyətini dəstəkləmək qabiliyyətinə malikdir. Bundan əlavə, epidemioloji tədqiqatlar müntəzəm çay və kofein istehlakını fibroz və sirrozun daha ləng inkişafı, eləcə də qaraciyər xərçəngi riskinin azalması ilə əlaqələndirir.
Bununla belə, tədqiqatçılar EGCG-nin dərman preparatı kimi tətbiqinin hələlik mürəkkəb məsələ olaraq qaldığını qeyd edirlər. Maddə orqanizmdə zəif sorulur, sürətlə parçalanır və yüksək dozalarda qaraciyərə toksik təsir göstərə bilər. Hazırda alimlər onun effektivliyini və təhlükəsizliyini artırmaq üçün nanohissəciklər də daxil olmaqla yeni çatdırılma üsulları işləyib hazırlayırlar.

Tədqiqatçılar hesab edirlər ki, nanotexnologiyaların və aktiv maddələrin yeni çatdırılma üsullarının inkişafı qaraciyər fibrozunun profilaktikası və müalicəsi üçün çay komponentləri əsasında dərman vasitələrinin yaradılmasını yaxınlaşdıra bilər.

Hüseyn İbadlı

Latest articles

More like this