EvXəbərlərQayınatası gəlinini buna görə öldürüb

Qayınatası gəlinini buna görə öldürüb

Published on

spot_img

Xəbər verdiyimiz kimi, ötən gün Sabunçu rayonu Ramana qəsəbəsində Adıgözəl Məmmədov adlı şəxs gəlini Gülüzar Məmmədovanı qətlə yetirib.
BEY.AZ xəbər verir ki, qonşuları Modern.az-a açıqlamasında qayınatanın gəlini onda olan müavinət kartına görə öldürmək istədiyini bildiriblər:
“Gəlinindən kartı almaq üçün iyunun 1-i – Uşaqların Beynəlxalq Müdafiəsi Gününü bəhanə edib evə çağırıblar. Uşaqlarla görüşüb evinə qayıdarkən qayınatası onun arxasınca gələrək liftdə bıçaqlayıb”.
Qonşular həmçinin deyib ki, səs-küy yarandıqdan sonra çölə çıxıblar:
“Burada liftlər gec bağlanır. Elə həmin vaxt bıçaqlayıb. Səs-küyə çıxıb gördük”.

Qonşuların sözlərinə görə, bundan əvvəl də tərəflər arasında ev üstündə mübahisələr yaşanıb.
Qeyd edək ki, qətli törətməkdə şübhəli bilinən Adıgözəl Məmmədovun 60, öldürdüyü gəlini Gülüzar Məmmədovanın isə 31 yaşı olub.
Gülüzar Məmmədovanın iki övladı var.

Latest articles

Kondisioner Ustası və Operativ Təmiri – Ustalar.biz ilə Yay İstilərinə Son!

Evdə, ofisdə və ya obyektdə kondisioneriniz yaxşı soyutmur? Cihaz işə düşmür, qəribə səslər çıxarır...

More like this

Kondisioner Ustası və Operativ Təmiri – Ustalar.biz ilə Yay İstilərinə Son!

Evdə, ofisdə və ya obyektdə kondisioneriniz yaxşı soyutmur? Cihaz işə düşmür, qəribə səslər çıxarır...