Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.
BEY.AZ xəbər verir ki, bu barədə Qazaxıstan diplomatik xidmətinin “Telegram” kanalında məlumat verilib.
Məlumatda deyilir: “Həmsöhbətlər Xəzər Boru Kəməri Konsorsiumu ilə bağlı vəziyyəti ətraflı müzakirə ediblər”.
Həmçinin qeyd edilib ki, söhbətin mövzusu ölkələrin strateji tərəfdaşlığı çərçivəsində ikitərəfli gündəlikdəki məsələlər və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ABŞ-a qarşıdan gələn səfərinə hazırlıq olub.
Müəllif: Tural
