Dünyanın ən sirli radio dalğalarından biri hesab olunan və “Qiyamət günü” radiosu kimi tanınan UVB-76 (The Buzzer) yeni sirli mesaj yayımlanıb.
Publika.az xəbər verir ki, bu barədə stansiyanın fəaliyyətini izləyən “Telegram” kanalı məlumat yayıb.
Mayın 18-də səhər saatlarında “Qiyamət günü” radiosundan “Bundot” sözü eşidilib.
Qeyd edək ki, sirli mesajın yayılması Belarus ərazisində keçirilən taktiki nüvə təlimləri ilə eyni vaxta təsadüf edib. Mayın 18-də bu ölkədə qeyri-strateji nüvə silahının tətbiqi üzrə məsul olan hərbi bölmələr manevrlərə start verilmişdi.
