Biznesvumen Kayli Cenner çantalar üçün nəzərdə tutulmuş qarderob otağında xalatda foto çəkdirib.
BEY.AZ xəbər verir ki, o, bu kadrları “Instagram” sosial şəbəkəsində paylaşıb.
Kayli Cenner ağ xalatda və üz maskasında poza verib. Biznesvumen aksesuar rəfinin yanında dayanıb, növbəti kadrda isə çanta kolleksiyasının bir hissəsini nümayiş etdirib. Məlum olub ki, Kayli Cennerin “Hermes” brendinə məxsus azı 15 çantası, o cümlədən müxtəlif növ dəridən hazırlanan nadir “Birkin” və “Kelly” modelləri var. Məmulatların hər birinin dəyəri azı 1 milyon dollar təşkil edir.
Avqustun 13-də Cenner özünün “Khy” geyim brendi ilə “Giaborghini” markasının əməkdaşlığı barədə elan verib.
Hüseyn İbadlı
