EvXəbərlərQızıl mədəni çökdü: 100-dən çox ölü var

Qızıl mədəni çökdü: 100-dən çox ölü var

Published on

spot_img

Mərkəzi Afrika Respublikasının Kamerun sərhədində yerləşən kustar qızıl mədənində baş verən torpaq sürüşməsi nəticəsində azı 100 nəfər həlak olub.
BEY.AZ xəbər verir ki, hadisə Babua şəhərindən təxminən 50 kilometr aralıdakı Zamboye mədənində çərşənbə axşamı baş verib. Çoxlu sayda insanın yaralandığı, xilas edilənlərin Babua xəstəxanasına çatdırıldığı bildirilir.
Babua prokurorluğu uçqunun bir neçə yeraltı şaxtanın çökməsi nəticəsində baş verdiyini açıqlayıb. Hadisə ilə bağlı araşdırma aparılır, axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, Mərkəzi Afrika Respublikasında dövlət nəzarətindən kənarda fəaliyyət göstərən qanunsuz mədənlərdə bu cür qəzalar tez-tez baş verir.

Latest articles

More like this