Yaxın Şərqdəki müharibədən ən çox qazanc əldə edən tərəflər Amerika Birləşmiş Ştatları və Rusiya olub.
Publika.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.
Məlumata görə, Fars körfəzinin bir sıra ölkələri ixracatın kəskin azalması ilə üzləşib. Qeyd olunur ki, Fars körfəzindən neft tədarükünün əsas marşrutu olan Hörmüz boğazının faktiki olaraq bağlanması dünya bazarında neft və yanacaq qiymətlərinin kəskin yüksəlməsinə səbəb olub. Bu fonda ABŞ neft, dizel və digər enerji daşıyıcılarının ixracını artırmağa nail olub. Nəşrin yazdığına görə, ABŞ-ın dəniz yolu ilə enerji tədarükü illik ifadədə 145 milyon barrel artıb, əldə olunan əlavə gəlir isə təxminən 50 milyard dollar təşkil edib.
Məqalədə həmçinin Rusiyanın da ABŞ-ın İrana qarşı müharibəsindən faydalandığı vurğulanır. Müəllif yazır ki, Rusiya neftinin dəniz vasitəsilə ixrac həcminin təxminən 592 min barrel azalmasına baxmayaraq, qlobal qiymətlərin artması Moskvaya əlavə olaraq təxminən 15 milyard dollar qazanmaq imkanı verib.
Hüseyn İbadlı
