EvXəbərlərQonşu ölkədə seksoloq vəzifəsi ləğv edildi

Qonşu ölkədə seksoloq vəzifəsi ləğv edildi

Published on

spot_img

Rusiyada həkim-seksoloq vəzifəsi ləğv edilir.
BEY.AZ xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
Bu dəyişiklik Rusiyanın Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənən tibbi və əczaçılıq vəzifələri nomenklaturasında öz əksini tapıb.
Sənəddə qeyd olunur ki, 2026-cı il sentyabrın 1-dən etibarən seksoloqlar tibbi ixtisaslar siyahısından çıxarılacaq. Onların funksiyalarının digər, daha geniş sahələrə ötürülməsi planlaşdırılır. Bununla yanaşı, ölkədə rəsmi olaraq “sağlam uzunömürlülük həkimi” və “nutrisioloq” kimi yeni ixtisaslar tətbiq olunacaq.
Eyni zamanda, sentyabrın 1-dən etibarən həkim-diabetoloq, həkim-laborant, diş həkimi, şəhər pediatrları, sahə psixiatr-narkoloqları, yeniyetmə psixiatrları, feldşer-narkoloqlar və bir sıra digər mütəxəssislərin işə qəbulu dayandırılacaq. 2028-ci il sentyabrın 1-dən isə həkim-bakterioloq, həkim-virusoloq və həkim-parazitoloqların işə götürülməsinə son veriləcək.

Qeyd edək ki, hazırda bu vəzifələrdə çalışan şəxslər dəyişikliklər qüvvəyə mindikdən sonra da öz fəaliyyətlərini davam etdirə biləcəklər.
Hüseyn İbadlı

Latest articles

Paltar yuyarkən yol verilən 5 SƏHV

Paltar yuyarkən yol verilən 5 SƏHV

Parad məşqindən qaçan atlar şəhəri qarışdırdılar

Parad məşqindən qaçan atlar şəhəri qarışdırdılar

ABŞ-da naməlum səs şok yaratdı

ABŞ-da naməlum səs şok yaratdı

More like this

Paltar yuyarkən yol verilən 5 SƏHV

Paltar yuyarkən yol verilən 5 SƏHV

Parad məşqindən qaçan atlar şəhəri qarışdırdılar

Parad məşqindən qaçan atlar şəhəri qarışdırdılar

ABŞ-da naməlum səs şok yaratdı

ABŞ-da naməlum səs şok yaratdı