EvXəbərlərQoretska İtaliya nəhənginə keçir?

Qoretska İtaliya nəhənginə keçir?

Published on

spot_img

“Yuventus” Almaniya millisinin sabiq yarımmüdafiəçisi Leon Qoretskanı heyətinə qatmaq istəyir.
BEY.AZ xəbər verir ki, bu barədə tanınmış insayder Canluka Di Martsio məlumat yayıb.
Məlumata görə, Turin təmsilçisi 31 yaşlı futbolçu ilə danışıqlar aparır. Tərəflər hazırda müqavilənin maliyyə şərtlərini müzakirə edirlər. Qoretska hazırda azad agent statusundadır.

Təcrübəli yarımmüdafiəçinin son klubu “Bavariya” olub. O, Münhen təmsilçisinin heyətində 312 oyuna çıxıb, 51 qol vurub və 53 məhsuldar ötürmə müəllifi olub.

Latest articles

More like this