EvXəbərlərRazılaşmanın detalları: Azərbaycan və Ermənistan sərhəd xəritələri hazırlayır

Razılaşmanın detalları: Azərbaycan və Ermənistan sərhəd xəritələri hazırlayır

Published on

spot_img

Aprelin 29-da Azərbaycan və Ermənistanın sərhədin delimitasiyası üzrə komissiyaların Ağveranda keçirilən görüşündə əldə olunan razılaşmaların detalları yayılıb.Publika.az xəbər verir ki, Ermənistan mediası görüşdə delimitasiya prosesinin aparılmasına dair üç layihə qaydasının mətnlərinin razılaşdırıldığını yazır.“Hetq” saytının məlumatına görə, tərəflər qaydaları təsdiqləmək üçün öz hökumətlərinə müraciət edəcəklərinə razılaşıb.“Yəni Azərbaycan və Ermənistan hökumətləri bu qaydaları müvafiq qərarlarla təsdiqləməlidirlər. 15-31 may tarixlərində Ermənistan Respublikasının qanunvericilik aktlarının layihələrinin dərc edilməsi üçün nəzərdə tutulmuş “e-draft.am” saytında Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış 3 təlimatın təsdiq edilməsi barədə Hökumət Qərarının layihəsi müzakirəyə çıxarıldı”, – sayt yazır.Məlumatda qeyd olunur ki, hər iki tərəfin razılaşdırdığı qaydalara əsasən demarkasiya üzrə ekspert qrupları yaradılacaq. Ekspert qrupları yaxın gələcəkdə delimitasiya komitələrinə tabe olacaq: “Mütəxəssislər bütün müvafiq kartoqrafik sənədlərlə yanaşı, bütün tənzimləyici, hüquqi və digər hüquqi əsaslandırılmış sənədlərlə də işləyəcək. Buradan belə nəticəyə gəlmək olar ki, xəritələrin və hüquqi əsaslandırılmış sənədlərin istifadəsinə heç bir məhdudiyyət yoxdur. Qruplar həmçinin Yer kürəsinin məsafədən zondlanması (sərhəd xəttinin kosmik fotoqrasiyası) və ya PUA-lar vasitəsilə əldə olunmuş hava fotoqrafiyasından materialların qəbulu və emalı üzrə texniki işlər görəcək. Bundan əlavə, qruplar demarkasiya işləri üçün ümumi geodeziya bazası yaradacaq, topoqrafik və geodiziya işləri aparacaq, xüsusən də sərhəd xəttinin bütün uzunluğunu araşdıracaq, sərhəd xəttini razılaşdıracaq, razılaşdırılmış sərhəd xəttini özündə əks etdirən demarkasiya xəritəsinin layihəsini hazırlayacaq, dövlət sərhəd xəttinin təsvirinin layihəsini tərtib edəcək və s”.Sayt yazır ki, razılaşdırılmış dövlət sərhədi demarkasiya xəritəsində qırmızı xətlə işarələnəcək.“Xəritə sərhədin bütün uzunluğunu və hər tərəfdə 3 kilometr enində relyef təbəqəsini əhatə etməlidir. Xəritənin bütün vərəqləri albom şəkilində tərtib ediləcək. Vərəqlərin nömrələnməsi Ermənistan-Azərbaycan sərhədinin şimal hissəsində qərbdən şərqə doğru başlayacaq. Başqa sözlə, albomda əvvəlcə Tavuşun, sonra Geqarkunik, Vayots Dzor və nəhayət, Sünikin demarkasiya olunmuş hissələrinin xəritələri olacaq. Demarkasiya xəritə albomu erməni, Azərbaycan və rus dillərində iki nüsxədə hazırlanacaq.
Ermənistan-Azərbaycan dövlət sərhəd keçid məntəqəsinin protokol təsviri də hazırlanacaq. Protokol və xəritə albomu Azərbaycan və Ermənistan arasında dövlət sərhədi haqqında müqaviləyə əlavə olunacaq. Demarkasiya xəritəsinin əsasını dövlət sərhədini təsvir edəcək və mütəxəssislər tərəfindən demarkasiya üzrə müvafiq işlərin görülməsi üçün əsas rolu oynayacaq 1:25000 miqyaslı işçi xəritə təşkil edəcək. Komissiyaların razılığı ilə zərurət yarandıqda, dövlət sərhədinin ayrı-ayrı hissələri üçün daha böyük miqyaslı işçi xəritələr yaradıla bilər. İşçi xəritə “ArcGIS” və “Panorama” proqram kompleksində və ya komissiyalar tərəfindən razılaşdırılmış digər proqram təminatı ilə yaradılacaq”, – sayt yazıb.Müəllif: Asif

Latest articles

More like this