“El Nino” tropik Sakit okean regionunda yenidən aktivləşməyə başlayıb.
BEY.AZ xəbər verir ki, bu barədə Avstraliya Meteorologiya Bürosu məlumat yayıb.
Bildirilir ki, okeanın mərkəzi hissəsində suyun temperaturu artıq bu iqlim hadisəsi üçün müəyyən edilən həddə çatıb.
Mütəxəssislər bildirirlər ki, hazırkı göstəricilər “güclü El-Nino” ehtimalını xeyli artırır və onun yaxın aylarda daha da kəskinləşməsi istisna edilmir.
Avstraliya Meteorologiya Bürosu xəbərdarlıq edib ki, bu proses xüsusilə ölkənin şərq və cənub-şərq bölgələrində ciddi iqlim dəyişikliklərinə səbəb ola bilər. Adətən “El-Nino” zamanı yağıntıların azalması, temperaturun yüksəlməsi müşahidə olunur. Bu isə öz növbəsində quraqlıq riskini artırır, meşə yanğınlarının baş vermə ehtimalını yüksəldir və kənd təsərrüfatı məhsuldarlığında ciddi azalmaya gətirib çıxara bilər.
Meteoroloqlar vəziyyətin yaxın dövrdə daha da ağırlaşa biləcəyini istisna etmirlər.
Müəllif: Adəm
