EvXəbərlərRekord istilər qitənin iqtisadiyyatına yüz milyardlarla zərər vurdu

Rekord istilər qitənin iqtisadiyyatına yüz milyardlarla zərər vurdu

Published on

spot_img

2026-cı ilin yayı Avropa üçün son illərin ən ağır dövrlərindən birinə çevrilib. Rekord istilər, quraqlıq və meşə yanğınları qitənin enerji, nəqliyyat və kənd təsərrüfatı sistemlərinə ciddi zərbə vurub.
BEY.AZ xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, çaylarda suyun səviyyəsinin kəskin azalması Reyn və Dunay da daxil olmaqla Avropanın əsas su yollarında gəmiçiliyi məhdudlaşdırıb. Bəzi atom elektrik stansiyalarında isə soyutma ilə bağlı problemlər səbəbindən elektrik enerjisi istehsalı azaldılıb.
İsti hava və quraqlıq kənd təsərrüfatına da ciddi təsir göstərib. Xüsusilə qarğıdalı və günəbaxan məhsullarında itkilərin yaranması gözlənilir.
İqtisadçıların hesablamalarına görə, ekstremal hava şəraitinin Avropa iqtisadiyyatına vurduğu zərər yüz milyardlarla avroya çata bilər. Risklər xüsusilə qitənin cənub ölkələrində daha yüksəkdir. Bu ölkələrdə meşə yanğınları ilə mübarizə, ərzaq təminatı və infrastrukturun qorunması üçün xərclər sürətlə artır.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, ekstremal hava şəraitinin uzunmüddətli xarakter alması Avropada həm iqtisadi, həm də sosial problemləri daha da dərinləşdirə bilər.
Müəllif: Adəm

Latest articles

Bakıda Peşəkar Usta Xidmətləri: Kombi, Kondisioner və Soyuducu Təmiri 051 316 63 62

Məişət avadanlıqlarının texniki sazlığı mənzillərdə komfort və təhlükəsizliyin əsas şərtlərindən biridir. Cihazlarda yaranan kiçik...

More like this

Bakıda Peşəkar Usta Xidmətləri: Kombi, Kondisioner və Soyuducu Təmiri 051 316 63 62

Məişət avadanlıqlarının texniki sazlığı mənzillərdə komfort və təhlükəsizliyin əsas şərtlərindən biridir. Cihazlarda yaranan kiçik...